İdman

"Zirə"dən ayrılan futbolçu "Sumqayıt"da - FOTO

27 Dekabr 2018 18:44
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövrələrarası fasilə zamanı "Sumqayıt" Rəşad Əzizlidən sonra növbəti transferini reallaşdırıb.

Milli.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq, "Zirə"də çıxış etmiş Adil Nağıyevi heyətinə qatıb. 1995-ci il təvəllüdlü müdafiəçi "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Adil yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, U-17, U-19, U-21, U-23 və A millilərimizə cəlb olunmuş Adil Nağıyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.