İdman

"Zirə" və "Sumqayıt" bu gün futbolçularını dəyişəcək

27 Dekabr 2018 12:31
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" və "Sumqayıt" klubları futbolçu yerdəyişməsinə dair razılığa gəliblər. 

Milli.Az report-a istinadən xəbər verir ki, əvəzləmə prosesi bu gün rəsmən həyata keçiriləcək. "Zirə" mərkəz müdafiəçisi Adil Nağıyevin əvəzində "Sumqayıt"da eyni mövqedə çıxış edən Bəxtiyar Həsənalızadəni heyətinə cəlb edəcək.

Qəsəbə təmsilçisinin hazırkı baş məşqçisi Samir Abasov ötən mövsüm "Sumqayıt"a rəhbərlik edib. Onun "gənclik şəhəri" təmsilçisindəki həmkarı Ayxan Abbasov isə "Zirə"dən bu ilin avqustunda ayırılıb. Dəyişikliyin əsas səbəbi hər iki mütəxəssisin potensialına daha yaxşı bələd olduqları oyunçunu öz sərəncamlarında görmək istəyidir.

Qeyd edək ki, daha əvvəl "Sumqayıt" "Neftçi"dən ayrılan qapıçı Rəşad Əzizlini heyətinə qatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.