İdman

"Çelsi"ylə "Liverpul" da ona "elçi düşəcək"

26 Dekabr 2018 07:48
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Borussiya"nın (Dortmund) gənc yarımmüdafiəçisi Kristian Pulişiç iki İngiltərə klubunun maraq dairəsindədir.

Milli.Az komanda.az-a istinadən bildirir ki, "Liverpul" və "Çelsi" 20 yaşlı futbolçunun transferində maraqlıdır. Hər iki klubun qış transfer pəncərəsi dövründə Almaniya klubuna rəsmi təklif göndərəcəyi deyilir.

Amerikalı futbolçunun "Bavariya"nın da transfer siyahısında olduğu deyilir.

"Borussiya" ilə 2020-ci ilə qədər müqaviləsi olan futbolçunun transfer qiyməti 80 milyon avro olaraq müəyyənləşdirilib.

Pulişiç bu mövsüm "Borussiya"nın heyətində iştirak etdiyi 18 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.