İdman

Həbib reytinq rekordları qıran MƏŞHUR TÜRK SERİALINDA - FOTO

24 Dekabr 2018 20:24
0 Şərh     Baxış: 3 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov Türkiyədə "Diriliş Ertuğrul" serialının çəkiliş meydançasını ziyarət edib.

Milli.Az Publika-ya istinadən xəbər verir ki, Həbibin serialın çəkiliş meydançasında çəkilən fotosunu serialın rejissoru Mehmet Bozdağ paylaşıb.

Qeyd edək ki, dağıstanlı idmançının son təkbətək döyüşü oktyabrın 7-də baş tutub və o, Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub. Onun bu qələbəsi müsəlman ölkələrində böyük sevinclə qarşılanıb.

İdmançının atası Abdulmanap Nurməhəmmədovun sözlərinə görə, oğlu altı prezidentdən dəvət alıb, lakin bu dəvətlərə müsbət cavab vermək imkanına malik olmayıblar.

"Müsəlmanların çox yaşadığı Malayziyadan və İndoneziyadan təkliflər var və mən Həbiblə bu ölkələrə getmək istəyirəm. Qonşu Azərbaycandan, Türkmənistandan bizi çağırırlar.

Abdulmanap Nurməhəmmədov qeyd edib ki, Qırğızıstan prezidenti onları şəxsən çağırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.