İdman

Riçard Almeydadan "Qarabağ" AÇIQLAMASI

22 Dekabr 2018 13:34
0 Şərh     Baxış: 1 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda qış fasiləsində "Qarabağ"a qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü "Sports.kz" saytına açıqlamasında bu barədə heç nə bilmədiyini söyləyib. Hazırda vətəni Brailiyada olan 29 yaşlı futbolçu istirahət etdiyini deyib:

"Bu barədə heç nə bilmirəm. Mənim "Astana"ilə müqaviləm davam edir. Mövsüm başa çatdığı üçün hazırda Braziliyada dincəlirəm".

Qeyd edək ki, 2012-2018-ci illərdə "Qarabağ"ın formasını geyinən Almeyda ötən mövsümün sonunda "Astana"ya keçib. Onun Qazaxıstan klubu ilə hələ 1,5 illik müqaviləsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.