İdman

Avropa Liqasına həsr olunmuş muzey Bakıda - Tarixin unudulmaz anlarına toxunmaq şansı

20 Dekabr 2018 12:20
0 Şərh     Baxış: 1 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq məqsədilə 22 dekabr - 7 yanvar tarixləri arasında Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq.

Milli.Az AFFA-ya istinadən xəbər verir ki, Avropa Liqası tarixinin unudulmaz anlarına toxunmaq istəyənlər 17 gün ərzində fəaliyyət göstərəcək muzeydən zövq ala biləcəklər. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında qurulacaq "Avropa Liqası muzeyi" 3 hissədən ibarət olacaq. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir haqqında ətraflı informasiya əldə etmək imkanına malik olacaqlar.

Muzey zonasında Avropa Liqası tarixini özündə əks etdirən eksponatlar - 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi oyun topu, eləcə də Avropa Liqasının final oyunlarında istifadə edilmiş imzalı oyun topları sərgilənəcək. Bundan əlavə, muzeyin daxilində quraşdırılacaq xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdiriləcək.

Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri təşkil olunacaq. İmza günlərində muzey ziyarətçiləri futbolçular ilə yaxından tanış ola, onlardan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Muzey 22 dekabr - 7 yanvar tarixləri arasında hər gün saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.