İdman

Haiti mətbuatı Donald Geryedən yazdı

19 Dekabr 2018 18:14
0 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Loop Haiti, Haiti

19.12.2018 

Artıq iki ildir Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" futbol klubunun şərəfini qoruyan, 2018-ci ili yüksək səviyyədə keçirmiş Haiti yığmasının üzvü Donald Gerye Azərbaycan çempionatının ən yaxşı əcnəbi futbolçusu adına layiq görülüb.

2018-ci ildə fərqlənmiş futbolçuların mükafatlandırılması üçün Azərbaycanın futbol rəhbərliyi tərəfindən qala gecə təşkil edilib. Gecədə "America des Cayes" futbol klubunun sabiq üzvü Donald Geryenin (DG77) Azərbaycan çempionatının ən yaxşı əcnəbi oyunçu adına layiq görüldüyü elan olunub.

Xatırladaq ki, bir ara İtaliyaya keçidi gündəmdə olan futbolçu sonda "Qarabağ"da qalıb və ötən mövsüm klubu ilə çempionatın qalib oldu. O, öz istedadı və uyğunlaşma tərzi ilə mövsümə damğasını vurmağı bacarıb. Məhz Geryenin nümayiş etdirdiyi parlaq oyun sayəsində "Qarabağ" avqustda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Port-à-Pimentdə doğulmuş futbolçu bu mövsümün əvvəlində "Qarabağ"ın "Şerif" üzərində qazandığı 3:0 hesablı qələbədə pay sahibi olub və komandasının ikinci qoluna məhz imza atıb. Məhz bu qələbə sayəsində Ağdam klubu Avropa Liqasına vəsiqə qazanıb və Haiti millisinin üzvü komandasının bu turnirdə keçirdiyi bütün oyunlarda meydana çıxıb. Vaxtilə "Violette AC" klubunun da şərəfini qorumuş futbolçusu baş məşqçi Qurban Qurbanovun komandasının əsas simalardan biridir. Baş məşqçi onu sol cinah müdafiəçisi mövqeyində oynadır. Universal futbolçu olan Donald yarımmüdafiənin sol və sağ cinahlarında da oynaya bilir.

Xatırladaq ki, futbolçu, Polşanın "Visla Krakov" klubunda da çıxış edib. Gerye orada da rəhbərliyin və tərəfdarların rəğbətini qazana bilmişdi. Daha sonra o, 450 min avro qarşılığında Türkiyənin birinci divizionunda mübarizə aparan "Alanyaspor"a transfer olunmuşdu.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.