İdman

Vitali Mutko istefa verdi

19 Dekabr 2018 16:47
0 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vitali Mutko Rusiya Futbol İttifaqının prezidenti vəzifəsindən ayrılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. Onun yerinə əsas namizədlərin "Zenit"in direktorlar şurasının sədri Aleksandr Dyukov və "Rusiya 2018" təşkilat komitəsinin baş direktoru Aleksey Sorokinin olduğu bildirilib.

Qeyd edək ki, Mutko 2017-ci ilin dekabrından qurumun prezidenti vəzifəsində öz fəaliyyətini dondurmuşdu. Onun vəzifəsini indiyə kimi Aleksandr Alayev icra edir. Rusiya Futbol İttifaqının prezidentliyinə yeni seçkinin 2019-cu ilin fevralın 22-də keçiriləcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.