İdman

UEFA "Qarabağ"ı cərimələdi - 20 min avro

19 Dekabr 2018 11:57
0 Şərh     Baxış: 2 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada "Vorskla" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin IV tur matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

Milli.Az xəbər verir ki, qurumun mətbuat xidmətindən report-a verilən məlumata görə, görüşdən sonra açılmış intizam işi əsasında hər iki kluba 20 min avro cərimə kəsilib. Səbəb oyun zamanı həm "Vorskla", həm də "Qarabağ" azarkeşlərinin fişənglər yandıraraq, meydana atmaları olub.

Qeyd edək ki, noyabrın 8-də "Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. 8 dəqiqə sonra bərpa olunan qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.