İdman

"Qarabağ"ın hücumçusunu 3 Türkiyə klubu istəyir

19 Dekabr 2018 11:06
0 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"dan ayrılması gündəmdə olan Con Delarj özünə klub tapıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Konqo millisinin üzvü Super Liqaya dönməyi qarşısına məqsəd qoyan "Gənclərbirliyi"ndən təklif alıb. Bu, Delarjı rənglərinə bağlamaq istəyən yeganə klub deyil. Ön xətt oyunçusu ilə "Sivasspor" və adı açıqlanmayan daha bir elita təmsilçisi də maraqlanır.

Qeyd edək ki, az şans qazandığı üçün getmək fikrinə düşən afrikalının taleyinə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. Sabahkı kubok matçlarının ardından "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçuyla mövcud durumu şəxsən müzakirə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.