İdman

"Sumqayıt" və "Zirə" yarımfinalda! - YENİLƏNİB

19 Dekabr 2018 21:30
0 Şərh     Baxış: 2 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:30

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında "Zirə" "Səbail"in qonağı olub. İlk görüşdə rəqibini minimal hesabla məğlub edən "Zirə" səfərdə də rəqibindən üstün olub. Cavab qarşılaşmasında "Səbail"i 3:2 hesabıyla məğlub edən "Zirə", Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanan ilk komanda olub.

Günün ikinci qarşılaşması isə Sumqayıtda baş tutub. "Kimyaçılar" doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edib. İlk görüşdə səfərdə "Neftçi"ni 2:0 hesabıyla məğlub edən "Sumqayıt" cavab matçında "Neftçi"yə 0:1 hesabıyla məğlub olsa da, iki görüşün nəticəsinə görə, yarımfinala yüksələn komanda olub.

1/4 final mərhələsinin cavab oyunları çərçivəsində sabah daha 2 qarşılaşma keçiriləcək. "Qarabağ" "Keşlə"nin, "Qəbələ" isə "Sabah"ın qonağı olacaq.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

19 dekabr

Səbail - Zirə 2:3 (ilk oyun 0:1)

Qol: Adrian Skarlatake, 3-avtoqol. Ruslan Qurbanov, 83. - Adil Nağıyev, 45+2; 73.  Pərdis Fərcad-Azad, 63.

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bayıl Arena", 16:00

Səbail: 1. Emil Balayev, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 18. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 28. Kevin Kubemba, 99. Jarjue Maudo

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 71. Mövlan Kərimov, 11. Ruslan Qurbanov, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov, 17. Elçin Rəhimli, 30. Nazim Kərimli, 77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 11. Dilan Duvetru, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 3. Budaq Nəsirov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Kamal Mirzəyev, 13. Murad Musayev, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov

Baş məşqçi: Samir Abasov

Sumqayıt - Neftçi 0:1 (ilk oyun 2:0) 

Qol: Namiq Ələsgərov, 43.

Qırmızı vərəqə: Arif Daşdəmirov, 87. ("Sumqayıt")

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Sumqayıt şəhər stadionu, 19:00

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 6. Səbuhi Abdullazadə, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Ayxan Abbasov

Neftçi: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov(k), 28. Slavko Braliç, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Rəşad Əzizli, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 18. Tural Axundov, 70. Əli Şirinov, 37. Vüsal Əsgərov, 4. Rəşad Eyubov

Baş məşqçi: Roberto Bordin

20 dekabr

Sabah - Qəbələ (ilk oyun 0:1)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Əlincə Arena", 16:00

Keşlə - Qarabağ (ilk oyun 0:1)

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"ASK Arena", 19:00

----------

19:05

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Milli.Az qol.az-a istinadən bildirir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçı "Bayıl Arena"da oynanılıb. Burada "Zirə" "Səbail"in qonağı olub. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası cavab görüşündə də qələbə qazanıb - 3:2. Bununla da "Zirə" yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə qarşılaşacaq.

Günün ikinci qarşılaşması isə Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir. Ancaq bu mövsüm qarşısına yüksək hədəflər qoyan "Neftçi" də cavab oyununda bu məğlubiyyətin əvəzini çıxmaq əzmindədir.

Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

19 dekabr (çərşənbə)

19:00. "Sumqayıt" - "Neftçi" - 0:0 (Birinci hissə)
İlk oyun: 2:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
"Kapital Bank Arena"

16:00. "Səbail" - "Zirə" -2:3 
Qollar:Adrian Skarlatake, 3-avtoqol (1:0), Adil Nağıyev, 45+2 (1:1), Pərdis Fərcad-Azad, 63 (1:2),Adil Nağıyev, 73(1:3),  Ruslan Qurbanov, 83 (2:3)
İlk oyun: 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
"Bayıl Arena"

---------

10:44

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları start götürəcək.

Milli.Az xəbər verir ki, ilk gündə iki yarımfinalçının adına aydınlıq gələcək. 

Əvvələcə "Səbail" "Zirə"ni qəbul edəcək. Bu komandalar arasında ötən həftə "Dalğa Arena"da keçirilmiş görüş "Zirə"nin qələbəsi ilə yekunlaşıb.

Günün digər qarşılaşması Sumqayıtda olacaq. Bu şəhərin eyni adlı təmsilçisi "Neftçi" ilə üz-üzə gələcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk oyunda 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu sabah keçiriləcək: "Sabah" "Qəbələ"ni, "Keşlə" isə "Qarabağ"ı qəbul edəcək.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
19 dekabr

"Səbail" - "Zirə"
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov.
Bakı. "Bayıl Arena", 16:00.
İlk oyun - 0:1.

"Sumqayıt" - "Neftçi"
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Sumqayıt. "Sumqayıt Arena", 19:00.
İlk oyun - 2:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.