İdman

Klublararası dünya çempionatı: "River Pleyt" - "Əl Ayn" yarımfinal matçı başa çatıb - VİDEO - FOTO

19 Dekabr 2018 08:09
0 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Libertadores kubokunun sahibi "River Pleyt" Klublararası Dünya Çempionatının yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Əl Ayn" klubu ilə qarşılaşıb. Milli.Az Trend-ə istinadən bildirir ki, oyunun əsas vaxtı heç-heçə başa çatıb - 2:2.

3-cü dəqiqədə Markus Berq ərəb klubunu hesabda irəli çıxardıb - 0:1. Lakin Borre 11 və 16-cı dəqiqələrdə qol vurmaqla hesabı "River Pleyt"in xeyrinə dəyişib. 51-ci dəqiqədə Kayo oyunda tarazlığı bərpa edib.

Oyunun əsas vaxtına əlavə olunmuş 2 taymda da hesab dəyişməyib. Matç sonrası penalti zərbələrində isə "Əl Ayn" daha dəqiq olub - 4:5. Sonuncu zərbəni "River Pleyt"in futbolçusu E.Peres qola çevirə bilməyib.

Bununla da "Əl Ayn" klubu finala vəsiqə qazanıb. Bu gün keçiriləcək "Kaşima Antlers" - "Real Madrid" yarımfinal matçının qalibi finalda "Əl Ayn" klubu ilə qarşılaşacaq. Final matçı 22 dekabrda keçiriləcək.

Xatırladaq ki, turnirin hazırki qalibi Madridin "Real" komandasıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Klublararası dünya çempionatı:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.