İdman

Messinin orda olması, onların transferinə kömək ola bilər - Overmars

18 Dekabr 2018 21:06
0 Şərh     Baxış: 1 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ayaks"ın idman direktoru Mark Overmars, Mateys de Liqt və Frenki de Yonqun gələcəyiylə bağlı danışıb.

Milli.Az komanda.az-a istinadən bildirir ki, İspaniyanın "As" nəşrinə açıqlama verən Overmars, hər iki futbolçunun "Barselona"ya keçə biləcəyini deyib:

"Barselona" fantastik klubdur. Onların güclü və yaxşı heyəti var. Lionel Messinin orda olması, Mateys və Frenkinin "Barselona"ya keçidinə müsbət təsir göstərə bilər. Ancaq hər iki futbolçu bu mövsüm komandada qalacaq. Yay transfer pəncərəsi dövründə nələrin baş verəcəyini görəcəyik".

"Ayaks"ın gənc üzvləri Mateys (19 yaş) və Frenki (21 yaş) "Barselona", PSJ, "Bavariya" kimi klubların transfer siyahısında yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.