İdman

"Neftçi"nin italiyalı futbolçuya şərti: Heç bir klubda çıxış edə bilməz

18 Dekabr 2018 15:36
0 Şərh     Baxış: 1 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" U-13 komandamızın futbolçusu Lorenzo Mezzotero ilə 2019-cu il fevralın 7-də bitməli olan müqavilənin müddətini artırıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 11 yaşlı hücumçu 2022-ci il fevralın 7-dək komandamızın formasını geyinəcək. 3 illik anlaşmanın şərtlərinə görə, italiyalı futbolçu Azərbaycanda "Neftçi"dən başqa heç vaxt heç bir klubda çıxış edə bilməz.

Qeyd edək ki, 2017-ci ilin fevralından "Neftçi"nin formasını geyinən Lorenzo Mezzotero aşağı yaş qrupu komandaların heyətində çempionluq və bombardirlik sevinci yaşayıb, ən yaxşı futbolçu seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.