İdman

Mourinyo QOVULDU - YENİLƏNİB - FOTO

18 Dekabr 2018 14:07
1 Şərh     Baxış: 3 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:07

"Mançester Yunayted" klubu Çempionlar Liqasında mübarizə apardığı üçün, "qırmızı şeytanlar" Joze Mourinyoya 22,5 milyon funt-sterlinq məbləğində təzminat ödəyəcək.

Milli.Az ESPN-ə istinadən bildirir ki, 55 yaşlı məşqçinin vəzifəsindən uzaqlaşdırılmasının əsas səbəbi MU-nun İngiltərə premyer-liqasındakı bu mövsümü çox pis başlayaraq davam etdirməsidir.

MU-nun yeni baş məşqçisi bu mövsümün sonunadək bəlli olacaq.

"Qırmızı şeytanlar"ın rəmi saytı məlumat yayıb ki, klub portuqaliyalı mütəxəssisə təşəkkür edib və karyerasında uğurlar arzulayıb.

Klub rəhbərliyinin səbr kasasını dolduran son damla bazar günü MU-nun "Liverpul"a 1:3 hesabla uduzması olub.

Qeyd edək ki, Joze Mourinyo 2016-cı ildən "Mançester Yunayted"i çalışdırırdı. O, Premyer Liqa təmsilçisini 144 oyunda meydana çıxarıb. Komanda bu qarşılaşmalarda 84 qələbə qazanıb, 34 oyunda heç-heçə edib, 29 dəfə isə məğlub olub.

----------
13:53

İngiltərənin "Mançester Yunayed" klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib.

Elçin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.