İdman

"Fənərbağça"ya yeni baş məşqçi də kömək etmədi - növbəti biabırçılıq - FOTO

17 Dekabr 2018 23:47
0 Şərh     Baxış: 3 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 17-də futbol üzrə Türkiyə Superliqasının XVI turuna yekun vurulub. Turun sonuncu oyununda hesabında 14 xal olan "Fənərbağça" komandası "Şükrü Saracoğlu" stadionunda eyni xala malik "Ərzurumspor"u qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda qalib müəyyənləşməyib - 2:2. Bununla da "Fənərbağça"nın yeni baş məşqçisi Ersun Yanal ilə çempionatdakı ilk oyunu heç-heçə başa çatıb. Bu matçdan sonra xallarının sayını 15-ə çatdıran meydan sahibləri turnir cədvəlində 17-ci pillədə qərarlaşıblar.

Qarşılaşmada hesabı görüşün 18-ci dəqiqəsində Andre Ayevin qolu ilə fənərbağçalılar açıb. Bundan doqquz dəqiqə sonra fransız ulduz Matieu Valbuenanın məhsuldar ötürməsini müdafiəçi Martin Skrtel qola çevirərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Görüşün ilk hissəsi "sarı-lacivərdlilər"in 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra qonaq komanda qollardan birinin əvəzini çıxıb. Emrah Başsanın 48-ci dəqiqədə vurduğu zərbə dəqiq olub. Görüşə əlavə edilmiş dəqiqələrdə isə ərzurumsporluların futbolçusu Lennart Ti fərqlənərək hesabı bərabərləşdirib - 2:2.

Xatırladaq ki, bu tur "Başakşəhər"-"Qalatasaray" matçında (1:1) və "Beşiktaş"-"Trabzonspor" oyununda (2:2) da qalib müəyyənləşməyib.

On altı turdan sonra çempionatda 34 xalla "Başakşəhər" komandası liderlik edir. Turnir cədvəlində ikinci sırada olan "Yeni Malatyaspor"un 28 xalı var. İyirmi altı xala malik olan "Beşiktaş", "Trabzonspor" və "Qalatasaray" çempionatda üçüncü, dördüncü, beşinci yerləri bölüşürlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.