İdman

18 ildə 14 qovulma: 32 milyon...

17 Dekabr 2018 21:09
0 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filip Koku ilə yollarını ayıran "Fenerbahçe" hollandiyalı mütəxəssisə 2 milyon avro təzminat haqqı ödəyib. 

Milli.Az matc.az-a istinadən bildirir ki, bununla Türkiyədə "dörd böyüklər" növbəti dəfə əcnəbi mütəxəssisi müqavilə müddəti bitmədən qovub.

"Galatasaray", "Fenerbahçe", "Beşiktaş" və "Trabzonspor" son 18 ildə birlikdə 14 əcnəbi mütəxəssisi istefaya göndərib. 2000-ci ildən bəri qovulan həmin məşqçilərə isə 32 milyon avro təzminat ödənilib.

Son qurban Koku da cibini dolduraraq İstanbulu tərk edib. Rekord "Beşiktaş"dan 8,5 milyon avroluq təzminatla ayrılan Visente del Boskeyə məxsusdu.

"Galatasaray"da Frank Raykard, "Fenerbahçe"da Luis Araqones, "Beşiktaş"da Jan Tiqana 3 milyon avro alaraq göndərilib. 2000-ci ildən bəri "Galatasaray" 6, "Fenerbahçe" 4, "Beşiktaş" 3, "Trabzonspor" 1 əcnəbi ilə təzminat ödəyərək yollarını ayırıb.

"Cim-bom" Frank Raykard, Çezare Prandelli, Mixael Skibbe, Erik Gerets, İqor Tudor və Mirça Luçeskuya, "kanarya" Luis Araqones, Kristof Daum, Vitor Pereyra və Filip Kokuya, "qara qartal" Visente del Boske, Jan Tiqana və Bernd Şusterə, "bordo-mavililər" isə Vahid Halilhodziçə təzminat verib.

Ayrılıqlar üçün "Beşiktaş"ın 12,5 milyon, "Galatasaray" və "Fenerbahçe"nın 9,3 milyon, "Trabzonspor"un isə büdcəsindən 980 min avro çıxıb. Təzminat maddəsindən imtina edən yeganə əcnəbi məşqçi Roberto Mançini olub. İtaliyalı mütəxəssis "Galatasaray"dan ayrılarkən 12 milyon avrodan imtina edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.