İdman

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi ilin ikinci ən yaxşısı oldu

17 Dekabr 2018 17:34
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula 1" üzrə 2018-ci il dünya çempionatının qalibi Lüis Hemilton Böyük Britaniyada ilin ən yaxşı idmançısı nominasiyasında ikinci yeri tutub.

Milli.Az "report"a istinadən xəbər verir ki, 33 yaşlı pilot "BBC Sport"un sorğusunda velosipedçi Qeraynt Tomasdan geri qalıb. Üçüncü yeri isə İngiltərə millisinin futbolçusu Harri Keyn tutub.

L.Hemilton 2018-ci il Azərbaycan Qran-prisinin də qalibi olub.

Qeyd edək ki, 21 mərhələdən ibarət "Formula 1" üzrə 2019-ci il dünya çempionatı Avstraliyada "Albert Park" trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran-prisi aprelin 26-28-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.