İdman

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - YENİLƏNİB

17 Dekabr 2018 15:23
6 Şərh     Baxış: 5 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:23

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Milli.Az xəbər verir ki, bu mərhələdə aşağıdakı komandalar üz-üzə gələcəklər:

"Şalke" - "Mançester Siti"

"Atletiko" - "Yuventus"

"Mançester Yuneyted" - PSJ

"Tottenhem" - "Borussiya" (Dortmund)

"Lion" - "Barselona"

"Roma" - "Porto"

"Ayaks" - "Real"

"Liverpul" - "Bavariya"

----------

10:50

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasimdə qrup mərhələsini ilk 2 pillədə başa vurmuş komandalardan ibarət 8 cütlük formalaşdırılacaq. Qrup qalibləri bir, qrup ikinciləri isə digər səbətdə yer alacaq. Qaydalara əsasən, eyni qrupda çıxış etmiş və eyni ölkəni təmsil edən iki komanda 1/8 finalda bir-birinə rəqib ola bilməz.

Qrup qalibləri: "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya)

Qrup ikinciləri: "Atletiko" (İspaniya), "Tottenhem" (İngiltərə), "Liverpul" (İngiltərə), "Şalke" (Almaniya), "Ayaks" (Hollandiya), "Lion" (Fransa), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə)

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda, cavab görüşləri 5-6 və 12-13 martda adları birinci göstərilən komandaların meydanlarında təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.