İdman

Millimiz ilin son turnirindən 3 medalla qayıdır - FOTO

17 Dekabr 2018 10:27
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirindən üç medalla dönür. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, daha iki idmançımız - 14-15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq, şəxsi məşqçisi Əbülfət Qarayev) və Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) qızıl medala sahib olub.

16-17 yaşlı gənclər komandasının liderlərindən olan ukraynalı Polina Qurenko (-53 kq) yarışqabağı məşqlərdə zədə aldığından döyüşlərə qatıla bilməyib. Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər Liqası turnirinin yekun yarışında 67 ölkədən 2652 karateçi mübarizə aparıb.

Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi yeniyetmə və gənclər seçmə komandası üçün bu yarış həm də fevralda Danimarkada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. WKF-in Gənclər Liqası 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak etdiyi son rəsmi beynəlxalq turnir olub.

Qeyd edək ki, daha əvvəl bu yarışın ilk günündə 16-17 yaşlı yeniyetmələrdə Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) gümüş mükafata sahib olduğunu Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov saytımıza açıqlamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.