İdman

Futbol üzrə Azərbaycan Kuboku: "Qarabağ" "Keşlə"ni məğlub edib

16 Dekabr 2018 21:25
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 final oyunlarından sonuncusu keçirilib.

Milli.Az "report"-a istinadən bildirir ki, "Qarabağ" komandası Tofiq Bəhramov adına Respublika stadionunda kubokun son sahibi "Keşlə" ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Kamran Ağayevin səhvindən sonra Rahil Məmmədov vurub.

Qeyd edək ki, digər oyunlarda "Qəbələ" "Sabah"a, "Zirə" "Səbail"ə eyni hesabla qalib gəlib. "Sumqayıt" isə səfərdə "Neftçi"ni məğlub edib - 2:0. Cavab görüşləri 19-20 dekabrda keçiriləcək.

Qeyd edək ki, "Qəbələ" ölkə kubokunda "Sabah"ı məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.