İdman

"Barcelona" "Chelsea"yə rəsmi təklif göndərdi

16 Dekabr 2018 14:25
0 Şərh     Baxış: 1 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barcelona" zədəli müdafiəçisi Samuel Umtitiyə əvəzləyici tapıb.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, kataloniyalılar arxa xətdəki boşluğu "Chelsea"nin futbolçusu Andreas Kristensenlə doldurmağı düşünür. İspanlar artıq 22 yaşlı futbolçunun icarəsi üçün London klubuna rəsmi təklif göndərib. Danimarkalı oyunçu buna razılıq versə də, "zadəganlar" müdafiəçini birdəfəlik satmaq istəyirlər. "Barcelona" isə Kristenseni 6 aylıq icarəyə götürmək niyyətindədir.

İspan klubunun qarşıdakı günlərdə növbəti dəfə "Chelsea"yə təklif göndərəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.