İdman

"Roma" heyətini gücləndirmək istəyir

16 Dekabr 2018 14:04
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma" Fil Dişi Sahili yığmasının futbolçusu Seku Sanoqonun xidmətində maraqlıdır.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Young Boys"un yarımmüdafiəçisini qış transfer pəncərəsində əldə etmək istəyir.

Klubun idman direktoru Ramon Monçi bu keçidlə şəxsən məşğul olur. 2021-ci ilin yayına qədər İsveçrə klubuna bağlı olan 29 yaşlı afrikalının transferi "Roma"nın yeganə istəyi deyil.

İtaliyalılar "Borussia Dortmunda"dan 23 yaşlı yarımmüdafiəçi Yulian Vayqlla da maraqlanır. Bu iki oyunçu "Roma"nın orta sahəsini gücləndirməlidir.

Qeyd edək ki, A Seriyasının 15 turundan sonra romalılar 21 xalla 8-ci pillədə qərarlaşıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.