İdman

Rüstəm Orucov “World Masters” turnirinin qalibi oldu - YENİLƏNİB

15 Dekabr 2018 16:04
2 Şərh     Baxış: 3 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:04

Azərbaycan cüdoçusu Rüstəm Orucov "World Masters" turnirinin qalibi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda Cənubi Koreyadan olan Çan-Qrim Anomu üstələyib.

O, həlledici görüşdə kanadalı Artur Marjelidonla qarşılaşıb.

Rüstəm Orucov Artur Marjelidonu da məğlub edib.

---------

10:19

Azərbaycan cüdoçusu Rüstəm Orucov bu gün Çinin Quançjou şəhərində start götürən "World Master" turnirində yarımfinala vəsiqə qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı mübarizəyə 1/8 finaldan başlayıb və ardıcıllıqla iranlı Məhəmməd Məhəmmədi ilə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.

O, yarımfianlda Cənubi Koreyadan olan Çan-Qrim Anomla üz-üzə gələcək.

Qeyd edək ki, iki gün davam edəcək turnirdə Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya tatami üzərinə çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.