İdman

“Ferrari” yeni bolidini təqdim edəcək

14 Dekabr 2018 18:49
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula 1 üzrə dünya çempionatının iştirakçısı İtaliyanın "Ferrari" komandası yeni bolidini təqdim edəcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə komandanın rəhbəri Mauritsio Arrivabene "Motosport"a bildirib.

Onun sözlərinə görə, mator sınaqdan keçirilib və bolidin detalları istehsal ərəfəsindədir. Bolid 2019-cu il fevralın 15-də təqdim olunacaq.

2019-cu il mövsümünün test yürüşləri 18 - 21 fevral və 26 fevral - 1 mart tarixlərində İspaniyanın "Barselona" şəhərində keçiriləcək.

Qeyd edək ki, 21 mərhələdən ibarət "Formula 1" üzrə 2019-ci il dünya çempionatı Avstraliyada "Albert Park" trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.