İdman

“Google” 2018-ci ildə adları ən çox axtarılan idmançıları açıqladı

14 Dekabr 2018 16:19
0 Şərh     Baxış: 1 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti 2018-ci ildə barələrində ən çox sorğu verilən idmançıların siyahısını açıqlayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, NBA-da mübarizə aparan "Klivlend Kavalyers" komandasının kanadalı basketbolçusu Tristan Tompson adı ən çox axtarılan şəxsdir. İkinci yerdə İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Aleksis Sançes qərarlaşıb.

Amerikalı dağ xizəkçisi Lindsi Vonn üçüncü, onun snoubordçu həmyerlisi Şon Uayt isə dördüncü pillədədir.

"Beşliy"i Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi Həbib Nurməhəmmədov qapayır. Dağıstanlı samboçu ümumilikdə Rusiyanın dünya üzrə "Google" sistemində ən çox axtarılan simasıdır.

Qeyd edək ki, Həbib Nurməhəmmədov bu ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində baş tutan döyüşdə Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.