İdman

2018/2019 avrokubok mövsümündə Azərbaycanın yekun mövqeyi müəyyənləşdi - REYTİNQ

14 Dekabr 2018 10:21
0 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 2018/2019 mövsümündə 2,375, son 5 mövsümün nəticələrinə əsasən 19,000 xala malik Azərbaycan 26-cı pillədə qalıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin sonuncu oyununda səfərdə İngiltərə "Arsenal"ına 0:1 hesabı ilə uduzması ölkənin mövqeyinə təsir etməyib.

Bu həm də cari mövsüm üçün yekun mövqe deməkdir. Çünki 2019-cu ildə avrokubokda mübarizəni davam etdirəcək 19 ölkənin hamısı reytinq cədvəlində Azərbaycandan öndə qərarlaşıb.

Siyahıya 94,140 xala malik İspaniya başçılıq edir. İngiltərə ikinci (71,605 xal), İtaliya isə üçüncüdür (70.583).

Qeyd edək ki, cari mövsümdə avrokuboklarda Azərbaycanı "Qarabağ"la yanaşı, "Neftçi", "Qəbələ" və "Keşlə" təmsil edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.