İdman

"Arsenal" - "Qarabağ" oyununda erməni azarkeş separatçı rejimin bayrağı ilə stadiona qaçıb - FOTO

14 Dekabr 2018 07:48
3 Şərh     Baxış: 2 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının VI tur matçında insident baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, artırma dəqiqələrində azarkeşlərdən biri meydana daxil olub.

O, əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçıb. Azərbaycan təmsilçisinin oyunçuları və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.

Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.