İdman

Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu - VİDEO

14 Dekabr 2018 07:21
0 Şərh     Baxış: 3 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Milli.Az komanda.az-a istinadənxəbər verir ki, 6-cı turda növbəti mərhələyə yüksələn sonuncu 11 komanda müəyyənləşib.

Son Azərbaycan çempionu "Qarabağ" sonuncu matçında Londonda "Arsenal"ın qonağı olub. Komandalar arasında Bakıda keçirilən görüş "topçular"ın 3:0 hesablı qələbəsiylə başa çatmışdı. Ağdam klubu səfərdəki görüşdə də məğlubiyyətlə üzləşib. Qrupun digər oyununda "Sportinq" "Vorskla"nı qəbul edib və inamlı qələbəyə sevinib. London və Lissabon təmsilçiləri növbəti mərhələni daha öncə təmin etdiyindən, son matçlar formal xarakter daşıyırdı.

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu Qazaxıstan "Astana" klubu səfərdə "Renn"lə qarşılaşıb. "Astana"ya növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də bəs edirdisə, fransızlar mütləq qələbə qazanmalı idilər. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatdığından, Qazaxıstan klubu qrupda üçüncü yeri tutub və mübarizəni dayandırıb.

Türkiyə təmsilçisi "Beşiktaş" evdə İsveçin "Malmö" komandasını qəbul edib. "Qara qartallar" qələbə qazanacağı təqdirdə, digər görüşün nəticəsindən aslı olmayaraq pley-offa yüksələcəkdi. Lakin İstanbul klubu minimal hesabla məğlub olub və qrupda üçüncü yeri tutmaqla mübarizəni dayandırmalı olub.

"Arsenal" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Latsio" (İtaliya), "Çelsi" (İngiltərə), "Sürix" (İsveçrə), "Bayer" (Leverkuzen, Almaniya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Zalsburq" (Avstriya), "Zenit" (Rusiya), "Fənərbaxça" (Türkiyə), "Sportinq" (Portuqaliya), "Betis" (İspaniya) və "Dinamo" (Kiyev, Ukrayna) əvəlki turdan 1/16 final mərhələsinə yüksəlməyi təmin etmişddi.

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur

13 dekabr

A qrupu

AEK (Kipr) - Bayer (Almaniya) 1:5

Qol: Katala, 26 - Kohr, 28; 68. Alario, 41-pen; 86. Paulinyo, 78.

Ludoqorets (Bolqarıstan) - Sürix (İsveçrə) 1:1

Qol: Şverçok, 45 - Odey, 21.



B qrupu

Leyptsiq (Almaniya) - Rusenborq (Norveç) 1:1

Qol: Kunya, 47 - Reqiniussen, 86.

Seltik (Şotlandiya) - Zalsburq (Avstriya) 1:2

Qol: Ntçam, 90 - Dabbur, 67. Qulbrandsen, 77.



C qrupu

Kopenhagen (Danimarka) - Bordo (Fransa) 0:1

Qol: Briand, 74.

Slaviya (Çexiya) - Zenit (Rusiya) 2:0

Qol: Jmrhal, 32. Stox, 41.

D qrupu

Spartak (Trnava, Slovakiya) - Fənərbaxça (Türkiyə) 1:0

Qol: K.Yılmaz, 41.

Dinamo (Zaqreb, Xorvatiya) - Anderlext (Belçika) 0:0



E qrupu

Arsenal (İngiltərə) - Qarabağ (Azərbaycan) 1:0

Qol: Lakazett, 16.

Videonu izləmək üçün şəklə klikləyin:

Sportinq (Portuqaliya) - Vorskla (Ukrayna) 3:0

Qol: Montero, 17. M.Luis, 35. Dallku, 44-öz qapısına.



F qrupu

Düdelanj (Lüksemburq) - Betis (İspaniya) 0:0

Olimpiakos (Yunanıstan) - Milan (İtaliya) 3:1

Qol: Sisse, 60. Sapata, 70-öz qapısına. Fortunis, 81-pen - Sapata, 72.



G qrupu

Rapid (Vyana, Avstriya) - Reyncers (Şotlandiya) 1:0

Qol: Lyubiçiç, 84.

Vilyarreal (İspaniya) - Spartak (Moskva, Rusiya) 2:0

Qol: Çukvueze, 11. Ekambi, 48.



H qrupu

Latsio (İtaliya) - Ayntraxt (Almaniya) 1:2

Qol: Korrea, 56 - Qaçinoviç, 65. Haller, 71.

Marsel (Fransa) - Apollon (Kipr) 1:3

Qol: Toven, 11 - Maqliça, 8-pen; 30. Stilianu, 56.

I qrupu

Beşiktaş (Türkiyə) - Malmö (İsveç) 0:1

Qol: Antonsson, 51.

Videonu izləmək üçün şəklə klikləyin:
Beşiktaş 0-1 Malmö

Genk (Belçika) - Sarpsborq (Norveç) 4:0

Qol: Qano, 3. Peyntsil, 5. Berge, 64. Aydo, 67.



J qrupu

Akhisar (Türkiyə) - Standard (Belçika) 0:0

Sevilya (İspaniya) - Krasnodar (Rusiya) 3:0

Qol: Ben Yedder, 5; 10. Baneqa, 49-pen.



K qrupu

Dinamo (Kiyev, Ukrayna) - Yablonets (Çexiya) 0:1

Qol: Dolezal, 10.

Renn (Fransa) - Astana (Qazaxıstan) 2:0

Qol: Sarr, 68; 73.



L qrupu

Videoton (Macarıstan) - Çelsi (İngiltərə) 2:2

Qol: Ampadu, 32-öz qapısına. Neqo, 56 - Villian, 30. Jiru, 75.

PAOK (Yunanıstan) - BATE (Belarus) 1:3

Qol: Priyoviç, 59 - Skaviş, 18. Siqneviç, 41-pen; 45.

Bombardir: Munas Dabbur (Zalsburq) - 6 qol.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.