İdman

"Fənərbağça" Koku ilə müqaviləni ləğv etdi

13 Dekabr 2018 16:44
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"da keçmiş baş məşqçi Filip Kokunun müqaviləsi ləğv edilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi holland mütəxəssisin sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Fənərbağça"da mövsümün əvvəlində Koku baş məşqçi postuna gətirilmiş, Ervin Kuman isə onun köməkçisi təyin edilmişdi. Uğursuz nəticələrdən sonra "bülbüllər" Koku ilə yollarını ayırmış, ancaq onun müqaviləsini yüksək təzminat ödəməli olduğu üçün ləğv etməmiş, köməkçisi Kumanı müvəqqəti olaraq "sükan arxasına" gətirmişdi.

"Fənərbağça" Super Liqada 15 turdan sonra 14 xalla 17-ci sırada qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.