İdman

"Qarabağ" "Arsenal"la oyunöncəsi son məşqinə çıxıb - FOTO

13 Dekabr 2018 08:18
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamın "Qarabağ" komandası İngiltərədə "Arsenal"a qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl son məşqinə çıxıb.

Milli.Az "Report"a istinadən bildirir ki, "Emirates" stadionundakı hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Məşqi klubun vitse-prezidenti Tahir Gözəl də izləyib.

Dekabrın 13-də Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Bundan əvvəl bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının VI tur matçından əvvəl mətbuat konfransı keçirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.