İdman

MOİK Madriddə "Real"ı darmadağın etdi - FOTO

13 Dekabr 2018 08:08
1 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 12-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, turun gözlənilməz nəticəsi "Santyaqo Bernabeu" stadionunda qeydə alınıb. Turnirin son qalibi "Real Madrid" doğma meydanda Moskvanın ÇSKA klubunu qəbul edib və 0:3 hesabı ilə məğlub olub.

G qrupun digər oyununda da sensasiya qeydə alınıb. "Viktoriya"ya (Plzen, Çexiya) klubu "Roma" 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə, "Real Madrid" 12 xalla qrupun qalibi olub. Aktivində 9 xalı olan "Roma" ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Hərəyə 7 xalı olan "Viktoriya" və ÇSKA üçüncü və dördüncü yerləri bölüşüblər. UEFA-nın reqlamentinə əsasən eyni xala malik olan komandalar arasında üstünlük şəxsi oyunları nəticəsinə görə bəlli olur. Beləliklə, bu komandalar arasında daha yaxşı nəticəni "Viktoriya Plzen" göstərdiyinə görə Çexiya təmsilçisi mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.