İdman

“Yanq Boyz”un müdafiəçisi Ronaldunu gözləyir: Ona göstərəcəyəm...

12 Dekabr 2018 20:24
0 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yanq Boyz"un futbolçusu Kevin Mbabu Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Yuventus"la qarşılaşacaqları oyundan əvvəl maraqlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafəçi UEFA-nın saytına açıqlamasında Kriştianu Ronalduyla qarşılaşmağı səbirsizliklə gözlədiyini deyib:

"2018-ci ilin son ev oyununun "Yuventus"la olmasından gözəl heç nə ola bilməzdi. Ölkəmizə yeni il hədiyyəsini təqdim etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik.

Ronalduyla ilk dəfə üz-üzə gələcəm. Ümid edirəm ki, o, bu gün əsas heyətdə meydana çıxacaq və mənim qarşımda oynayacaq. Ona İsveçrədə necə güclü müdafiəçinin olduğunu göstərmək istəyirəm".

"Yanq Boyz" - "Yuventus" matçı bu gün, saat 00:00-da start götürəcək. Ronaldo cəzalı olduğuna görə, komandalar arasında Turində keçirilən ilk görüşdə (3:0) iştirak etməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.