İdman

Uels - Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşdi

12 Dekabr 2018 18:44
0 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uels və Azərbaycan milli komandaları arasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin IV tur matçının keçiriləcəyi stadion müəyyənləşib.

Milli.Az Report-a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 6-a nəzərdə tutulan görüş "Kardiff Siti" stadionunda baş tutacaq. 

Qeyd edək ki, Uels yığması seçmə mərhələdəki bütün oyunlarını bu arenada keçirəcək. Uels ilə Azərbaycan milliləri Macarıstan, Slovakiya və Xorvatiya yığmalarıyla birgə E qrupunda yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.