İdman

Hemilton karyerasını başa vurduqdan sonra yürüşlərdə qalacağına şübhə edir

12 Dekabr 2018 23:48
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mercedes" komandasının pilotu Lyuis Hemilton bu il fəaliyyətinin çox vaxtını Formula 1 yürüşlərindən kənarda sərf etməyə çalışıb. Məsələn, o, dəbli geyim leyblləri ilə əməkdaşlıq edib və xeyriyyə layihələrinə, o cümlədən uşaqların təhsilinə kömək etmək istəyini bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Lyuis "təqaüdə çıxması barədə həddindən artıq düşünməyi sevmir" və öz yerini idmandan kənarda axtardığını bildirib.

"Autosport" Hemiltondan sitat gətirir: "Mən həqiqətən bilmirəm ki, Formula 1 hüdudlarından kənarda nə baş verir. Bir çox idmançılar idmanda ömürləri boyu qalırlar, hətta karyeralarını bitirdikdən sonra belə. Mən 8 yaşından yürüşlərdəyəm. Mənim bütün diqqətim bu yürüşlərə yönəlib.

Mən daha nə ilə məşğul olmaq arzumu aydınlaşdırmaq istəyirəm. Təbii ki, karyeramı başa vurduqdan sonra yürüşlərdə qalmaq mənim üçün çox asandır. Mümkündür ki, mən hətta ikinci Toto (Red: Toto - "Mercedes"in rəhbəri) ola bilərəm. Mən uzun illərdir ki, yürüşlərdəyəm. Lakin yeni nə isə öyrənmək mənə maraqlıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.