İdman

"Qarabağ"ın qapıçısının əlcəyi FİFA-nın muzeyində

12 Dekabr 2018 17:59
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın islandiyalı qapıçısı Hannes Halldorssonun əlcəyi FİFA-nın muzeyinə göndərilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İslandiyanın "visir.is" saytı xəbər yayıb. İddiaya görə, DÇ-2018-in qrup mərhələsinin Argentina ilə oyununda Lionel Messinin penaltisini dəf edən 34 yaşlı qolkiperin həmin matçda geyindiyi əlcək bundan sonra ali futbol qurumunun muzeyində saxlanılacaq.

Mətbu orqan yazır ki, İslandiya hakimiyyəti o hadisədən sonra milli qəhrəmana çevrilən Halldorssonun şərəfinə heykəl ucaltmağı planlaşdırır. Hətta ölkədə həmin gün anadan olan oğlan uşaqlarının demək olar ki, hamısına Hannes adı qoyulub:

"Halldorssonun həmin oyunda dünyanın ən yaxşı futbolçusunun penaltisini dəf etməsi İslandiya idmanının tarixinə önəmli hadisələrdən biri kimi düşüb. Bu, FİFA tərəfindən yüksək qiymətləndirilib və qurum ölkə futboluna dəstək  məqsədilə qolkiperin sözügedən matçda əlinə geyindiyi əlcəyi öz muzeyində saxlamağa qərar verib".

Qeyd edək ki, Argentina ilə matçın 64-cü dəqiqəsində Messinin penaltisini qaytaran Halldorsson komandasının xal qazanmasında böyük rol oynamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.