İdman

Qurban Qurbanovun Londonda mətbuat konfransının vaxtı açıqlandı

12 Dekabr 2018 14:54
1 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə "Arsenal"ın qonağı olacaq.

Milli.Az xəbər verir ki, Ağdam klubu bu gün matçın hazırlıqlarını tamamlayacaq. Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 23:00) futbolçular qarşılaşmanın keçiriləcəyi Londonun "Arsenal Stadionu"nda son məşqə çıxacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov son məşqdən 30 dəqiqə öncə isə media mənsublarının suallarını cavablandıracaq.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-ü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.