İdman

"Barselona" 12 ildən sonra ilk dəfə

12 Dekabr 2018 15:23
1 Şərh     Baxış: 1 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" 12 il sonra Çempionlar Liqasında ilk dəfə öz oyun tərzini sərgiləyə bilməyib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, kataloniyalılar "Totenhem"lə matçda (1:1) rəqibi ilə müqayisədə topla az oynayıb. Ernesto Valverdenin komandasının topa sahib olma faizi 49,8 olub.

London təmsilçisi Avropanın ən mötəbər klub turnirində 2006-cı  ildən bəri "Barsa"nı topa nəzarətdə geri qoyan ilk komanda olub.

Qeyd edək ki, İspaniya klubu qrup mərhələsini  lider olaraq başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.