İdman

Ulduz futbolçu 22 yaşında karyerasını bitirir - Artıq bezmişəm

12 Dekabr 2018 14:58
0 Şərh     Baxış: 2 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Koman karyerasını bitirmək fikrinə düşüb.

Milli.Az matç.az-a istinadən xəbər verir ki, bunu 22 yaşlı futbolçu özü deyib.

Fransa millisinin üzvü ardıcıl zədələrdən artıq bezdiyini və əməliyyat olunmaq istəmədiyini söyləyib: "Cəmi 22 yaşım var, indiyə qədər 4 dəfə ağır zədə almışam. Ayağımdan daha bir əməliyyat keçirmək istəmirəm. Artıq kifayətdi, bezmişəm. Bu ağrıya tab gətirə bilmirəm".

"Bavariya"nın rəhbəri Karl-Haynz Rummenigge isə Komanı bu fikrindən daşındırmağa çalışacağını deyib: "Mən ona karyerasını davam etdirməyi məsləhət görürəm. Müasir futbol sürət və aqressivlik tələb edir. Bu üzdən zədədən qaçmağınız mümkün deyil. Əsas odu ki, zədədən yüksək motivasiyada qayıdasan. Koman bizim üçün önəmli futbolçudu. İnanıram ki, komandada qalacaq və bundan da yaxşı çıxış edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.