İdman

Ulduz futbolçu klubsuz qaldı

12 Dekabr 2018 12:40
0 Şərh     Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Olimpiakos"un futbolçusu Yaya Ture komandanı tərk edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

O, mövsümün əvvəlində Manchester City ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi "Olimpiakos"a keçmişdi. Ture 2005/2006 mövsümündə də "Olimpiakos"un şərəfini qoruyub. O, bu komanda ilə Yunanıstan çempionu olub.

Ture karyerası ərzində "Monako", "Barselona", "Mançester Siti" kimi klublarda forma geyinib. O, 97 dəfə Fil Dişi Sahili millisinin şərəfini qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.