İdman

“Barselona” futbolçusunu 100 min avro cərimələyib

12 Dekabr 2018 11:54
0 Şərh     Baxış: 1 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubu futbolçusu Usman Dembeleni 100 min avro cərimələyib.

Milli.Az report-a istinadən xəbər verir ki, səbəb 21 yaşlı fransalı hücumçunun komandanın məşqinə gecikməsidir. Maraqlıdır ki, dünən Kataloniya təmsilçisinin Çempionlar Liqasının VI turunda evdə İngiltərə "Tottenhem"i ilə 1:1 hesablı heç-heçə etdiyi görüşdə hesabı məhz Dembele açıb. O, 7-ci dəqiqədə fərqlənib.

Dembele əvvələr də yatıb qaldığı və kompüter oyunları oynadığı üçün komandanın məşqinə gecikib. Hətta o, bir dəfə hazırlıq prosesinə qatılmayaraq, özünü pis hiss etdiyini bəhanə gətirib.

Qeyd edək ki, Usman Dembele "Barselona"ya 2017-ci ilin yayında 105 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.