İdman

Karyeramı bitirib, fərqli həyat tərzi keçirəcəm - Koman

11 Dekabr 2018 21:08
0 Şərh     Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın futbolçusu Kinqsli Koman karyerasını bitirə bilər.

Milli.Az komanda.az-a istinadən bildirir ki, 22 yaşlı yarımmüdafiəçi bu barədə İtaliya mətbuatına açıqlamasında deyib:

"Ötən mövsüm çox çətin keçdi. Artıq iki dəfə əməliyyat edilmişəm. Bu, mənim üçün kifayətdir, 3-cü əməliyyata da ehtiyac olsa da, bunu qəbul etməyəcəm. Karyeramı bitirib, fərqli həyat tərzi keçirəcəm".

Ötən mövsümün əvvəlində zədələnən Koman, iki dəfə əməliyyat edilib. Zədə səbəbindən DÇ-2018-də iştirak edə bilməyən fransız futbolçu, cari mövsümün əvvəlində də yenidən zədələnib.

Bu mövsüm cəmi 5 qarşılaşmada iştirak edən Koman, bu oyunlarda 1 dəfə fərqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.