İdman

Şeydayevin münaqişə etdiyi futbolçu üzr istədi

11 Dekabr 2018 21:03
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rostov"un müdafiəçisi Raqnar Siqurdsson Rusiya Premyer Liqasının 17-ci turunun "Krılya Sovetov"la oyununda baş verənlərə görə məyusluğunu bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçın 82-ci dəqiqəsində topdaşıyan uşağı bilərəkdən topla vuran islandiyalı futbolçu etdiyi hərəkətə görə zərərçəkmişdən üzr istəyib. Hətta Siqurdsson uşağa öz formasını hədiyyə edib və üzərində bu sözləri yazıb:

"Salam, mənim dostum. Şadam ki, səndə hər şey qaydasındadır. Həmin vaxt bir az emosional idim. Sən yaxşı oğlansan. Belə bir şey baş verdiyi üçün təəssüflənirəm. Sənə gələcəkdə uğurlar arzu edirəm".

Qeyd edək ki, topdaşıyan uşağı vuran Siqurdssona ilk olaraq "Krılya Sovetov"un azərbaycanlı futbolçusu Ramil Şeydayev reaksiya verib. Skandinaviyalı oyunçunun üzərinə hücum çəkən milimizin üzvünü çətinliklə sakitləşdiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.