İdman

Origi Türkiyə çempionatına keçir?

11 Dekabr 2018 20:58
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpool"un futbolçusu Divok Origi karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvardla "Beşiktaş" yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Beşiktaş" yay transfer pəncərəsi dövründə Origi üçün Liverpool-la danışıqlar aparmış, lakin razılıq əldə edilməmişdi. "Qara qartallar" qış transfer pəncərəsi dövründə belçikalı futbolçu üçün "Liverpool"la yenidən danışıqlara başlayacaq.

Origi cari mövsümdə 4 qarşılaşmada iştirak edərək, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Beşiktaş" yay transfer pəncərəsi dövründə Loris Kariusu "Liverpool"dan 2 illik icarəyə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.