İdman

"Arsenal"ı yadına salarsa 100 avro cərimələnəcək

11 Dekabr 2018 18:44
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın rəhbərliyi klubun yeni baş direktoruna maraqlı cəza növü seçib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bir neçə həftə öncə "Milan"da baş direktor vəzifəsinə təyin edilən İvan Qazidisin önünə maraqlı cəza növü qoyulub. Belə ki, 10 ilə yaxın "Arsenal"da eyni vəzifəni icra edən Qazidis əgər "Milan" klubunun ofisində, muzeyində və yaxud kluba aid olan digər məkanlarda "Arsenal"a aid fikir söyləyərsə və yaxud Arsenal-ı yadına salarsa 100 avro civarında cərimələnəcək.

İtaliya klubunun İngiltərə klubu ilə əzəli rəqib olmadan belə bir qərar qəbul etməsi futbol mediasında təəccüblə qarşılanıb.

Qeyd edək ki, İvan Qazidis "Milan"da illik 7 milyon avro maaş alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.