İdman

"Çelsi" İquainin əvəzinə 3 futbolçusunu təklif edir

11 Dekabr 2018 12:03
0 Şərh     Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi" "Milan"ın argentinalı hücumçusu Qonzalo İquaini transfer etmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "zadəganlar" İquain üçün 3 futbolçusunu qarşı tərəfə verməyə hazırdır. Bunlar Fabreqas, Morata və hazırda "Milan"da icarədə olan Bakayokodur. "Milan" müqavilə ilə "Yuventus"a məxsus olan İquaini transfer etmə hüququna malik olduğundan bu gedişata razılıq verə bilər.

Fabreqasın və Moratanın oyun praktikasından əziyyət çəkdiyini, İquainin isə "Milan"da oyunu alınmadığını nəzərə alaraq artıq qış transfer pəncərəsində "zadəganlar"la "rossoneri"lər arasında bu keçidlər baş tuta bilər.

Qeyd edək ki, Qonzalo cari mövsüm ərzində 16 oyuna 7 qol vurub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.