İdman

De Byazi millidən təklif aldığını açıqladı: "Bunun həyəcanını yaşayıram"

11 Dekabr 2018 10:55
1 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli komandamızın baş məşqçisi postuna ən real namizəd olan Canni de Byazi açıqlama verib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 1 ildir ki, işsiz qalan mütəxəssis yeni macəranı həyəcanla gözlədiyini deyib. Lakin o, hansı yığmadan təklif aldığını açıqlamayıb:

"Xarici ölkənin milli komandasını çalışdırmaqla bağlı təklif almışam və hazırda bunun həyəcanını yaşayıram".

AFFA italiyalı mütəxəssislə bu həftə həlledici danışıqlar aparacaq. İtaliya mətbuatının məlumatına görə, 62 yaşlı çalışdırcı AFFA-nın şərtlərini qəbul etsə, təyinat baş tutacaq.

De Byazi İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 2011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. Mütəxəssis son olaraq, 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.