İdman

"Messi üçün darıxıram" - Ronaldu

10 Dekabr 2018 18:40
2 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu "Barselona"nın futbolçusu Lionel Messi haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "La Gazzetta dello Sport"a müsahibəsində Messi üçün darıxdığını deyib:

"Bəlkə də, mən Messi üçün darıxıram. O, hələ də İspaniyada oynayır. Amma mən İngiltərə, İspaniya, Portuqaliya və İtaliyada oynamışam. Bəlkə, mənə daha çox ehtiyacı var. Həyat mənim üçün mübarizə meydanıdır və mən bunu çox sevirəm. Messinin bir gün İtaliyada oynamasını istəyərəm. Ancaq orada xoşbəxtdirsə, buna da hörmət edirəm. Fantastik bir futbolçu, çox yaxşı insandır".

O, daha sonra sabiq komandası "Real" haqda da fikir bildirib: "Madriddəki komanda yoldaşlarım da təvazökar idi, amma burdakılar qədər deyil. Hazırda oynadığım heyət mənə görə indiyədəkki ən yaxşı heyətdir"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.