İdman

"Spartak"ın futbolçusu Azərbaycan millisindən imtina etdi

10 Dekabr 2018 18:12
0 Şərh     Baxış: 1 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Turqay Möhbalıyev AFFA-nın Azərbaycan millisində çıxış etmək təklifini qəbul etməyib.

Milli.Az xəbər verir ki, bu barədə Report-a 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd məlumat verib.

O bildirib ki, 18 yaşlı müdafiəçi ilə yanaşı, Rusiyanın I Divizionunda yarışan "Çertanovo"nun hücumçusu Nikita Süleymanov və Belarusun I Divizionunda yer alan "Naftan"ın forvardı Elvin Əliyev Azərbaycan yığmasının formasını geyinməyə razı olmayıb.

Qeyd edək ki, Rusiyanın "Krasnodar" klubunun iki oyunçusu - Sergey Peterson və Ruslan Pidlisnyak Azərbaycan millisində oynamaq təklifini müsbət cavablandırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.