İdman

Klublararası dünya çempionatının iştirakçılarının tam siyahısı dəqiqləşdi

10 Dekabr 2018 15:16
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Klublararası dünya çempionatının iştirakçılarının tam siyahısı dəqiqləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Libertadores kubokunu qazanan Argentinanın "River Pleyt" klubu mundialın sonuncu iştirakçısı olub.

Bunadək Avropadan "Real" (İspaniya), Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsindən "Quadalaxara" (Meksika), Afrikadan "Esperansa" (Tunis), Asiyadan "Kasima" (Yaponiya), Okeaniyadan "Vellinqton" (Yeni Zelandiya) dünya çempionatına vəsiqə qazanmışdı. Meydan sahibi BƏƏ-ni isə "Əl-Əyn" təmsil edəcək.

Artıq dekabrın 12-də start götürəcək yarışın tam təqvimi də dəqiqləşib. Sayca 15-ci mundialda 11 gün ərzində 8 matç keçiriləcək.

Klublararası dünya çempionatı

Pley-off, 12 dekabr

1. "Əl-Əyn (BƏƏ) - "Vellinqton" (Yeni Zelandiya)

1/4 final, 15 dekabr

2. "Esperansa" (Tunis) - 1-ci oyunun qalibi

3. "Kasima" (Yaponiya) - "Quadalaxara" (Meksika)

5-ci yer uğrunda oyun, 18 dekabr

4. 2-ci oyunda uduzan - 3-cü oyunda uduzan

Yarımfinal, 18 dekabr

5. "River Pleyt" (Argentina) - 2-ci oyunun qalibi

19 dekabr

6. "Real" (İspaniya) - 3-cü oyunun qalibi

3-cü yer uğrunda oyun, 22 dekabr

7. 5-ci oyunda uduzan - 6-cı oyunda uduzan

Final, 22 dekabr

8. 5-ci oyunun qalibi - 6-cı oyunun qalibi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.